Dünənki dəhşətli qəzanın görüntüləri yayıldı - ANBAAN VİDEO

Dünənki dəhşətli qəzanın görüntüləri yayıldı - ANBAAN VİDEO

Hazırda oxunan: Dünənki dəhşətli qəzanın görüntüləri yayıldı - ANBAAN VİDEO

41523

Daxili İşlər Nazirliyi dünən səhər saatlarında Bakıda 5 nəfərin ölümü ilə nəticələnən qəzanın görüntülərini yayıb. 

Bizim.Media xəbər verir ki, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdakı dəhşətli qəzada ölənlərin əksəriyyəti dayanacaqda duranlar olub –TƏFƏRRÜAT


25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO