DİN Bəxtiyar Hacıyevin şikayətini ARAŞDIRDI: 4 nəfər saxlanıldı 

DİN Bəxtiyar Hacıyevin şikayətini ARAŞDIRDI: 4 nəfər saxlanıldı 

Hazırda oxunan: DİN Bəxtiyar Hacıyevin şikayətini ARAŞDIRDI: 4 nəfər saxlanıldı 

41296

Siyasi fəal Bəxtiyar Hacıyevin bank dələduzları ilə bağlı paylaşımı Daxili İşlər Nazirliyi tərəfindən araşdırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib. 

O bildirib ki, hadisə ilə bağlı 4 nəfər saxlanılıb: 

"Bu məlumatla əlaqədar DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb. Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. Verdiyiniz dəqiq məlumata görə Sizə təşəkkür edirik". 

Qeyd edək ki, B. Hacıyev “Facebook”dan etdiyi paylaşımda “+994 51 555 10 95 nömrəsindən yazıb, özlərini Kapital Bank əməkdaşı kimi təqdim edib, kartımda hansısa problemi araşdırmaq üçün kart nömrəsi və PİN istədilər. KapitalBank kartım olmasa da, bir az məzələndim, köhnə kartlardan nömrələri verdim, dələduz olduqlarını bildiyimi hiss etdikləri an blokladılar”, - deyə qeyd etmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO