Bu gün xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində serbiyalı həmkarı Nikola Selakoviç ilə görüşüb.
Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edərək, bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində qarşılıqlı marağı ifadə ediblər.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlılar hansı ölkələrə vizasız gedə bilər? – SİYAHI DƏYİŞDİ
Tərəflər, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin uğurla inkişaf etdiyini qeyd ediblər.
Görüşün sonunda nazirlər tərəfindən bir Saziş və iki anlaşma memorandumu, o cümlədən, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Serbiya XİN arasında siyasi məsləhətləşmələr haqqında anlaşma meorandumu”, “Azərbaycan XİN ilə Serbiya XİN arasında konsulluq sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu” sənədləri imzalanıb.
Bizim.Media