“Hər iki gün qeyri - iş günü olmalıdır” – Deputatdan həmkarına DƏSTƏK

“Hər iki gün qeyri - iş günü olmalıdır” – Deputatdan həmkarına DƏSTƏK

Hazırda oxunan: “Hər iki gün qeyri - iş günü olmalıdır” – Deputatdan həmkarına DƏSTƏK

41082

“Biz 28 mayı necə bayram günü qeyd ediriksə, mütləq 18 oktyabrı da eyni ilə o cür təmtəraqla qarşılamalıyıq”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vahid Əhmədov deyib.

O, qeyd edib ki, tarixdə hər iki günün elan olunması üçün yüzlərlə vətənpərvər insanlar əziyyət çəkib.

Millət vəkili Vahid Əhmədov həmkarı Əli Məsimli kimi 18 oktyabrın qeyri iş günü elan olunmasını təklif edib:

“Ona görə hər iki günə eyni qaydada dəyər verib, qeyd etməliyik. Hər iki gün qeyri - iş günü olmalıdır ki, insanlar hər iki günü layiqincə qeyd edə bilsinlər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO