Prezident məcburi köçkünlərin öz evlərinə qayıdacağı günü AÇIQLADI

Prezident məcburi köçkünlərin öz evlərinə qayıdacağı günü AÇIQLADI

Hazırda oxunan: Prezident məcburi köçkünlərin öz evlərinə qayıdacağı günü AÇIQLADI

40952

“Məcburi köçkünlərin əzablarını, onların iztirablarını çox yaxşı başa düşürəm. Çünki mən keçmiş məcburi köçkünlərlə Azərbaycanda bəlkə də ən çox təmasda olan insanam”.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikirləri oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirib.

“Onların ümidlərini doğrultmaq üçün, onlar qarşısında bu tarixi missiyanı icra etmək üçün, onların dədə-baba torpağına qayıtmaları üçün biz gərək necə deyərlər, bütün gücümüzü səfərbər edib “Öldü var, döndü yoxdur!” şüarı ilə qabağa gedəydik və getdik.
 

MÖVZU İLƏ BAĞLI:

“Adam bilmir ermənilərin saxtalığına gülsün, yoxsa neynəsin” – PREZİDENT


Bu gün artıq məcburi köçkün anlayışı yoxdur. Bu gün keçmiş məcburi köçkünlər evlərinə dönməyə hazırlaşırlar. Xocavəndə birinci səfərdir, bundan sonra bu səfərlər təşkil ediləcəkdir.

Biz çalışacağıq, necə ki, müharibəni qısa müddət ərzində başa vurduq, eyni zamanda, bu bərpa işlərini də maksimum qısa müddət ərzində başa vuraq ki, siz qayıdasınız, bu cənnət məkana qayıdasınız. Hər bir torpaq bizim üçün cənnətdir, əzizdir. Azad edilmiş torpaqlarda Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO