Şəhid Qürbət Tarıverdiyevin ildönümü Xaçmazda belə qeyd olundu - FOTO

Şəhid Qürbət Tarıverdiyevin ildönümü Xaçmazda belə qeyd olundu - FOTO

Hazırda oxunan: Şəhid Qürbət Tarıverdiyevin ildönümü Xaçmazda belə qeyd olundu - FOTO

40770

Xaçmazın Nərəcan kəndində Vətən Müharibəsi şəhidi Qürbət Tarıverdiyevin xatirəsi əbədiləşdirilib. Şəhadətinin bir ilinin tamamında doğulduğu kənddə kəşfiyyatçı şəhidin xatirə bulağının açılışı olub.

Bizim.Media xəbər verir ki, keçirilən mərasimdə şəhidin ailə üzvləri, sakinlər, müharibə veteranları, döyüşçü yoldaşları, yerli icra hakimiyyətinin nümayəndələri iştirak edib.

Çıxışlarda Azərbaycan Milli Ordusunun müddətdən artıq hərbi qulluqçusu 22 yaşlı Qürbət Tarıverdiyevin keçdiyi şərəfli döyüş yolundan danışılıb. 

Oktyabrın 5-də Füzuli ətrafında gedən qızğın döyüşlərdə şəhid olan Qürbət Tarıverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə","Vətən uğrunda"medalları ilə təltif edilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO