Qətldə ittiham olunan dünya çempionu BƏRAƏT ALDI 

Qətldə ittiham olunan dünya çempionu BƏRAƏT ALDI 

Hazırda oxunan: Qətldə ittiham olunan dünya çempionu BƏRAƏT ALDI 

40761

Bakıda kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov Həsən Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Həsən Tağıyev 18 il azadlıqdan məhrum edilib. Zaur Yusifovun qətlə iştirakı sübuta yetirilməyib və ona bəraət verilib. Zaur Yusifov məhkəmə zalından azadlığa buraxılıb. 

Qeyd edək ki, məlum qətl hadisəsi 2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində, İsrafil Haşımov küçəsində baş verib. 

1995-ci il təvəllüdlü Həsən Tağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb. 

Həsən Tağıyev saxlanılıb, 1984-cü il təvəllüdlü Zaur Yusifov mayın 12-də şübhəli şəxs qismində tutulub. 

Xatırladaq ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb. O, “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamı olub. Təqsirləndirilən Zaur Yusifov isə kikboks üzrə dünya çempionu olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO