Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.
Bizim.Media-xəbər verir ki, məmuru iş otağında qətlə yetirən şəxsin Bağırov Mirhadi Mirtağı oğlu olduğu bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda məmur iş otağında ÖLDÜRÜLDÜ
29 yaşlı Mirhadi Bağırov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində mühasib işləyib. Hadisənin iş mübahisəsi zəminində baş verdiyi bildirilir.
Məlumata görə, Mirhadi Bağırov təqaüddə olan polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur. Mirtağı Bağırov uzun illər Goranboy rayon Polis Şöbəsində çalışıb.
Bizim.Media