Nazirlikdən küçədəki ayı balaları ilə bağlı AÇIQLAMA  

Nazirlikdən küçədəki ayı balaları ilə bağlı AÇIQLAMA  

Hazırda oxunan: Nazirlikdən küçədəki ayı balaları ilə bağlı AÇIQLAMA  

40694

Balakən rayonunun Mahamalar kəndindən keçən yolda bu gün səhər saatlarında 2 bala ayının görünməsi ilə bağlı yayılan videogörüntülərə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova da münasibət bildirib.  

Xidmət rəsminin Bizim.Media-ya verdiyi məlumata görə, bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində müşahidə olunur: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ayılar vahiməyə səbəb oldu - VİDEO 


“Qeyd edim ki, videogörüntülərdəki heyvanlar bala ayılardır. Ehtimal olunur ki, balalar kəndə yaxın meşəlik ərazidən yollarını azaraq kəndə daxil olublar. Hazırda meyvənin bol olduğu bir mövsüm olduğu üçün və ayılar da meyvələrlə qidalandığına görə, qida axtarışında olduqları güman edilir. 

Belə olan halda bu heyvanlara hər hansı bir müdaxilə etmək, onları təqib etmək olmaz. Çünki bu zaman heyvanlar aqressivləşə və stresə düşə bilər.

Müdaxilə olunmadığı halda isə onlar ərazini sakit şəkildə tərk edəcəklər. Bu baxımdan insanlardan xahiş edirik ki, vəhşi heyvanların olduğu əraziyə yaxınlaşmasınlar, daha duyarlı və həssas davransınlar”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO