Vətən müharibəsindən sonra doğulan şəhid övladlarının sayı AÇIQLANDI

Vətən müharibəsindən sonra doğulan şəhid övladlarının sayı AÇIQLANDI

Hazırda oxunan: Vətən müharibəsindən sonra doğulan şəhid övladlarının sayı AÇIQLANDI

40684

Vətən müharibəsindən sonra Azərbaycanda 102 şəhid övladı dünyaya gəlib. 

Bizim.Media xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib. 

O qeyd edib ki, onlar heç vaxt atalarını görməyəcək: "Bütün şəhid övladları, qazilər bizə əmanətdir". 

“YAŞAT” Fondunun layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır.

Bu məqsədlə 1000 AZN analara təqdim olunur və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılır.  

Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO