Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfərinə münasibət bildirib.
Bizim.Media-nın məlumatına görə, XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlər ilə bağlı rəsmi mövqeyi bəllidir.
''Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır''-deyə o qeyd edib.
Xatırladaq ki, erməni mətbuatı Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, görüşlər keçirəcəyi, həmçinin mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqları ilə bağlı məlumat yayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:57 / 02.12.2020
XİN Fransa parlamentarilərinin Qarabağa səfərinə münasibət bildirdi
Hazırda oxunan: XİN Fransa parlamentarilərinin Qarabağa səfərinə münasibət bildirdi
Hazırda oxunan: XİN Fransa parlamentarilərinin Qarabağa səfərinə münasibət bildirdi
4063
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.