Medianın İnkişafı Agentliyində (MEDİA) regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə Zoom platforması üzərindən onlayn görüş keçirilib.
Bizim.Media xəbər verir ki, Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov “Region mətbuatının mövcud vəziyyəti və perspektiv inkişaf hədəfləri” mövzusunda keçirilən görüşdə çıxış edib.
O bildirib ki, MEDİA Agentliyinin əsas fəaliyyət istiqamətləri Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılmasıdır.
Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli vurğulayıb ki, indiyədək region mətbuatından Agentliyə daxil olan müraciətlərə baxılıb, regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə intensiv ünsiyyət qurularaq problemləri əhatəli şəkildə müzakirə olunub.
Görüşdə çıxış edən redaktorlar bölgə qəzetlərinin maddi-texniki bazasının gücləndirilməsinin, yaradıcılıq imkanlarının genişləndirilməsinin, region mətbuatına dövlət dəstəyinin zəruriliyini vurğulayıblar.
Strateji planlaşdırma departamentinin direktoru Rasim Bağırov tədbirdə səslənən təkliflərin təhlil ediləcəyini diqqətə çatdırıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:50 / 07.10.2021
MEDİA-da region qəzetlərinin baş redaktorları ilə görüş keçirildi - FOTO
Hazırda oxunan: MEDİA-da region qəzetlərinin baş redaktorları ilə görüş keçirildi - FOTO
Hazırda oxunan: MEDİA-da region qəzetlərinin baş redaktorları ilə görüş keçirildi - FOTO
40561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.