Azərbaycanda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə BASQIN ETDİ 

Azərbaycanda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə BASQIN ETDİ 

Hazırda oxunan: Azərbaycanda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə BASQIN ETDİ 

0:00
0:00
40493

Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub, xəsarət alan var. 

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Girdəni kəndi ərazisində baş verib. 

Basqın zamanı 1983-cü il təvəllüdlü Girdəni kənd sakini Amid Şakir oğlu Kərimov bıçaq xəsarətləri alıb.

Yaralı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Baş, əl və qarın nahiyəsindən xəsarətlər alan A.Kərimov əməliyyata alınıb.

Şahidlər basqın edənlərin üç nəfər olduğunu deyib. Onlardan biri əlində kustar üsulla hazırlanmış kəsici-deşici alətlə dispeçer otağına soxulub. Pulları qarət etmək istəyib. Yanacaq doldurma məntəqəsinin digər əməkdaşı işçisi yoldaşına kömək edərək pulların qarət olunmasına mane olub. İki tərəf arasında dava düşüb. Nəticədə A.Kərimov bir neçə yara alıb. Bundan sonra basqın edən şəxslər hadisə yerindən uzaqlaşıblar. 

Basqın edən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. 

Faktla bağlı araşdırma aparılır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO