Azərbaycan da hava məkanını Ermənistan üçün açdı

Azərbaycan da hava məkanını Ermənistan üçün açdı

Hazırda oxunan: Azərbaycan da hava məkanını Ermənistan üçün açdı

40374

"Azərbaycan Hava Yolları”nın QSC (AZAL) Ermənistan üzərindən uçuşlara başlaması birtərəfli addım deyil.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) qaydalarına əsasən, regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır. 
 

MÖVZU İLƏ BAĞLI:

AZAL Ermənistan üzərindən uçuşlara başladı - FOTO


Müharibə bitdiyinə görə regional aviasiya təhlükəsizliyi qaydaları da dəyişib. Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir. 

Qeyd edək ki, həm Azərbaycanın, həm də Ermənistanın bununla bağlı öhdəliyi var.

Eyni şəkildə Ermənistan mülki təyyarələri də Azərbaycan hava məkanından kəçən dəhlizlərdən istifadə edə bilərlər. Bu, eyni zamanda, regionda kommunikasiyaların açılmasının növbəti nümunəsidir. Nəticədə Ermənistan da tranzit ölkəyə çevrilir və İranın hava məkanından istifadəyə ehtiyac qalmır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO