Deputat Ramil Həsən \

Deputat Ramil Həsən \"Davam\"ın qonağı oldu - FOTO 

Hazırda oxunan: Deputat Ramil Həsən \"Davam\"ın qonağı oldu - FOTO 

40259

Oktyabrın 5-də “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində “ZəfərimİZ” adlı kampaniya çərçivəsində “Postmüharibə dövrü: geosiyasi və regional reallıqlar” mövzusunda görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə millət vəkili Ramil Həsən, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, baş katib Nigar Aslanova, katiblik və 40-dan çox davamçı gənc iştirak edib.  

"Davam"ın sədri Nihad Allahyarlı "ZəfərimİZ" adlı kampaniya çərçivəsində artıq ikinci görüşün baş tutduğunu bildirib, bu istiqamətdə görülmüş və görüləcək növbəti tədbirlərdən bəhs edib.

O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Zəfər savaşı tarixdə Azərbaycan xalqının birlik, bərabərlik və qürur rəmzinə çevrilərək əbədi qalacaq.  

Öz növbəsində millət vəkili Ramil Həsən mövzu ilə bağlı fikirlərini gənclərlə bölüşüb, Cənab Prezident İlham Əliyevin diplomatik mübarizədə ciddi və qətiyyətli mövqeyini dövlət siyasətinin ən gözəl nümunələrindən biri olaraq yüksək qiymətləndirərək iki qardaş ölkə - Azərbaycan və Türkiyənin yüksək xətlə irəliləyən münasibətlərinin hər iki tərəf üçün müsbətyönümlü olduğunu qeyd edib. 

Həmçinin Azərbaycanın bölgədə və Qafqazda söz sahibi olduğunu, çoxtərəfli münasibətlərin inkişafı ilə bağlı xüsusi töhfə verdiyini, regionda sülhün, təhlükəsizliyin, qarşılıqlı sabitliyin təmin olunması, Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın öz üzərinə düşən bütün tarixi missiyanı uğurla həyata keçirdiyini bildirib.  

Səmimi və maraqlı söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO