Tovuzda qəza: ölən və yaralananlar var - VİDEO

Tovuzda qəza: ölən və yaralananlar var - VİDEO

Hazırda oxunan: Tovuzda qəza: ölən və yaralananlar var - VİDEO

40216

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun girişində, "ASAN Xidmət"in qarşısında qeydə alınıb. 

Qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar da var. "Prado" markalı minik maşını ilə "Mercedes"in toqquşması nəticəsində rayonun Kirən kənd sakini, 27 yaşlı Samir Cəfərov hadisə yerində dünyasını dəyişib. 

Kirən kənd sakinləri 22 yaşlı Yasin Səməndərov, 35 yaşlı Muxtar Rzayev, Sərxan Namazov, “Prado”nun sürücüsü 24 yaşlı Anar Əyyubov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Sonuncunun vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Cümşüd, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO