Zəfər savaşı ilə eyni gündə fəaliyyətə başlayan Bizim.Media 1 yaşı ilə bağlı hələ də çoxsaylı təbriklər alır. Deputatlar və media aləminin tanınmış simaları ilə yanaşı saytımıza rəsmi dövlət qurumlarından da ürək sözləri var.
Bu gün isə redaksiyamızda gözlənilməz və xoş sürpriz yaşanıb.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov başda olmaqla, idarənin bir neçə əməkdaşı Bizim.Media-nın qonağı olublar.
İdarə rəsmiləri saytımızın kollektivinə ən xoş təbriklərini və ürək sözlərini, çatdıraraq, xəbər portalının uğurlu davamlılığını arzulayıblar. Daha sonra Bizim.Media saytının baş redaktoru Anar Tahirova Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin möhürü ilə əks olunmuş təbriknamə təqdim olunub.
Vaqif Əsədov vətəndaşların rahatlığı üçün çalışan və yol polislərinin xidmətlərini qeyd etdiklərinə görə Bizim.Media saytına xüsusi təşəkkür edib.
Həmçinin birgə yeni layihələrə imza atacaqlarını, əməkdaşlığı daha sıx şəkildə genişləndirəcəklərini və ictimaiyyətin marağında olan problemlərə bundan sonra da həssas yanaşacağlarını dilə gətiriblər. Qonaqlar Bizim.Media-nın gələcək fəaliyyətinin qərəzsiz, dürüstlük və dövlətçiliyə sadiqlik prinsipləri ilə yeni uğurlara imza atacaqlarına inandıqlarını ifadə ediblər.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:35 / 04.10.2021
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bizim.Media-nı TƏLTİF ETDİ
Hazırda oxunan: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bizim.Media-nı TƏLTİF ETDİ
Hazırda oxunan: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bizim.Media-nı TƏLTİF ETDİ
40096
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.