Horadiz-Mincivan dəmir yolundan relslər oğurlandı – 3 nəfər tutuldu

Horadiz-Mincivan dəmir yolundan relslər oğurlandı – 3 nəfər tutuldu

Hazırda oxunan: Horadiz-Mincivan dəmir yolundan relslər oğurlandı – 3 nəfər tutuldu

0:00
0:00
40039

Füzuli rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 49 ədəd rels oğurlanıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının çevikliyi və operativliyi sayəsində Horadiz-Mincivan dəmir yolunun Füzuli rayonu ərazisindən keçən hissəsindən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 49 ədəd relsi oğurlayan 3 nəfər saxlanılıb.

Polis əməkdaşları tərəfindən onların Beyləqan rayon sakini İ.Həsənov, Bakı şəhər sakini Z.Zahidov və Ağdam rayon sakini M.Musayev olduqları müəyyən edilib.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO