Daha 50 şəhid ailəsi və qaziyə mənzil verildi - FOTO

Daha 50 şəhid ailəsi və qaziyə mənzil verildi - FOTO

Hazırda oxunan: Daha 50 şəhid ailəsi və qaziyə mənzil verildi - FOTO

40036

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 şəhid ailəsi, müharibə əlili və Vətən Müharibəsi Qəhrəmanına mənzillərin sənədlərini təqdim edib.

Bizim.Media xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış edərək bu ilin planı üzrə artıq 1650 mənzilin şəhid ailələri və müharibə əlillərinə, habelə Vətən Müharibəsi Qəhrəmanlarına verildiyini, ümumilikdə indiyədək bu kateqoriyadan olanlara 11 minə yaxın mənzil və fərdi ev təqdim edildiyini diqqətə çatdırıb. 

Bildirib ki, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri də uğurla davam edir.

2018-2020-ci illərdə onlara 1300-dək, bu ilin ötən dövründə isə daha 150 avtomobil, ümumilikdə indiyədək 7350 avtomobil verilib.

Mənzillə təmin edilən şəhid ailələri, müharibə əlilləri və Vətən Müharibəsi Qəhrəmanları onlara göstərilən yüksək diqqət və qayğıya, sosial təminatlarının gücləndirilməsi məqsədilə aparılan ardıcıl işlərə, bu gün yeni mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO