Prezidentə yazırlar: “Orduya qayğıkeşliyiniz bizə Qələbə qazandırdı”

Prezidentə yazırlar: “Orduya qayğıkeşliyiniz bizə Qələbə qazandırdı”

Hazırda oxunan: Prezidentə yazırlar: “Orduya qayğıkeşliyiniz bizə Qələbə qazandırdı”

4003

Vətən Müharibəsində əldə etdiyimiz qələbə, Qarabağın işğaldan azad edilməsi xalqımız tərəfindən böyük coşqu ilə qarşılanır. Vətəndaşlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazaraq hisslərini bölüşürlər.

Bizim.Media Prezidentin saytına istinadla həmin məktublardan birini təqdim edir:

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin elan etdiyiniz Qələbə xəbəri bütün Azərbaycan xalqının 30 illik nisgilinə son qoydu. Bu müjdə xalqımızın çoxdan gözlədiyi şad bir xəbər idi və bu şadlığı bizə Siz yaşatdınız. Əsrlər boyu itirə-itirə gəldiyimiz Azərbaycan torpaqları son əsrdə ilk dəfə Sizin rəhbərlik etdiyiniz şanlı Azərbaycan Ordusu tərəfindən azad edilərək geri qaytarılır. Müzəffər Ordumuzun uğurları hər bir azərbaycanlı kimi mənə də sevinc və sonsuz qürur hissi yaşadır. Şah İsmayıl Xətaidən sonra yeganə rəhbərsiniz ki, Azərbaycan öz torpaqlarını geri qaytarıb.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkəmizə rəhbərlik etdiyiniz illərdə uğurla həyata keçirdiyiniz daxili və xarici siyasət, ordu quruculuğu nəticəsində dövlətimizi bu Qələbəyə addım-addım yaxınlaşdırdınız. Siz bizlərə Şuşa, Qarabağ sevincini yaşatdınız. Bütün bu əməllərinizə görə Sizə minnətdarıq.

Cənab Ali Baş Komandan!

Ölkəmizin ərazi bütövlüyü və xalqımızın xoşbəxt gələcəyi naminə apardığınız yorulmaz fəaliyyətinizdə yeni-yeni qələbələr arzulayırıq. Sizin müdrikliyiniz və zəhmətkeşliyiniz, əsgərə və Orduya qayğıkeşliyiniz bizə Qələbə qazandırdı. Biz Sizinlə fəxr edirik! Allah Sizi qorusun!

Yaşasın bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir və müstəqil Azərbaycan Respublikası!

Yaşasın Ali Baş Komandan ətrafında birləşən çoxmillətli Azərbaycan xalqı!

Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ansuxskiy Abdulqədir Əli oğlu,

Ansuxskilər ailəsi və “Balacans” MMC-nin kollektivi adından.

Azərbaycan Respublikası, Balakən rayonu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO