Lənkərançayda suyun səviyyəsi 56 sm azaldı

Lənkərançayda suyun səviyyəsi 56 sm azaldı

Hazırda oxunan: Lənkərançayda suyun səviyyəsi 56 sm azaldı

39974

Oktyabrın 3-də Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor məntəqəsində suyun səviyyəsi 56, Təngərüdçay-Vaqoda 40, Viləşçay-Şıxlarda 10, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində 4 və Kiçik Qafqazın ərazisindən Zəyəmçay-Ağbaşlar məntəqəsində 6 santimetr azalıb.

Gəncəçay-Zurnabad məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb, Kürəkçay-Çaykənd məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 santimetr artım qeydə alınıb.

Hazırda məntəqədə su sərfi saniyədə 213 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 132 faizinə bərabərdir. Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 9 santimetr artım müşahidə olunub.

Hazırda məntəqədə su sərfi saniyədə 320 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 335 faizini təşkil edir.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr artaraq 320 santimetr, su sərfi isə 87 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 2 santimetr artaraq 117, Kür-Bankədə 8 santimetr azalaraq 107, Araz-Novruzluda 3 santimetr artaraq 95 santimetr olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO