Azərbaycan İsraildən “Arrow 3” kompleksini ALIR? – “İSKƏNDƏR-M”-i havaya uçuracaq

Azərbaycan İsraildən “Arrow 3” kompleksini ALIR? – “İSKƏNDƏR-M”-i havaya uçuracaq

Hazırda oxunan: Azərbaycan İsraildən “Arrow 3” kompleksini ALIR? – “İSKƏNDƏR-M”-i havaya uçuracaq

39951

Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində İsraildən Azərbaycana müasir “Arrow 3” Hava Hücumundan Müdafiə kompleksinin ixrac etməsi ilə bağlı məlumatlar yayılır.

Bəzi istifadəçilər kompleks artıq Azərbaycanın Hava Hücumundan Müdafiə qoşunlara inteqrasiya edildiyini, kompleksin “Super Green Pine” radarından, “Citron Tree” döyüş əməliyyat sistemindən və “Hazlenut Tree” raket buraxılışına nəzarət mərkəzindən ibarət olduğunu da iddia edirlər.

Adətən belə bir müzakirələr bir dəli erməni tərəfindən “quyuya atılan daş” effekti yaradır. Erməni deyir, bizimkilər də olduğu kimi tirajlayır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan İsraildən 2 milyard dollarlıq silah alır


Bizim.Media xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev moderator.az saytında yazıb.

Onun sözlərinə görə, “Arrow -3” kompleksi ən son hazırlanan müasir və effektiv raket əleyhinə müdafiə (RƏM) komplekslərindən biridir.

Onun 2000 kilometrə məsafədə və 100 km-ə qədər yüksəklikdə uçan raketləri ələ keçirməsi, kompleksin “İskəndər-M” raketlərini sıradan çıxarmaq üçün yetərli olduğunu göstərir.

İsrail Raketdən Müdafiə Təşkilatı “Arrow 3” ballistik raketdən müdafiə sisteminin yerli sınaqlarını 2019-cu ilin əvvəlində keçirib.
 

“Israel Aerospace Industries” şirkətinin rəhbərlik etdiyi sınaq uğurla nəticələnmişdi. 7 ay sonra isə ABŞ və İsrail Alyaskada adı çəkilən raketdən müdafiə sisteminin növbəti sınağını uğurla həyata keçirdi. Sınaqlar kompleksin birgə hazırlandığını göstərir.


Təbii ki, müharibəni uğurla başa çatdıran Azərbaycan Ordusu, mümkün döyüş əməliyyatları zamanı mülki əhalinin yaşadığı ərazilərin hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə sərf edilən sursat arsenalını bərpa etməklə bərabər, raket zərbələrini daha səmərəli şəkildə zərərsizləşdirmək üçün yeni silah sistemləri əldə etməlidir.

Məhz bu zərurəti nəzərə alan bəzi istifadəçilər, Hava Hücumundan Müdafiə qoşunlarının “Arrow 3” kompleksinin alınması üçün fərziyyələr irəli sürürlər, lakin onlar nəzərə almalıdır ki, hətta müttəfiqlərimiz belə birgə istehsal etdikləri müasir silah sistemlərinin heç də hamısını bizə çatdıra bilmirlər.

Bu bir neçə faktorla əlaqəli ola bilir. İxrac üçün həmin silah sistemlərinin hazırlanmasında iştirak edən, sərmayə yatıran və ya texnologiya transfer edən digər ölkələrin də razılığı zəruridir.
 

Silahın əldə edən tərəf də onu üçüncü tərəfə ötürməkdə sərbəst deyil. Müştəri istehsalıçıya əldə etdiyi silah və avadanlıqların son istifadəçisi (“end user”) haqqında sertifikat verməyə borcludur. Adı çəkilən “Arrow 3” kompleksi də İsrail və ABŞ tərəfindən birgə hazırlanıb.


Hazırda “Arrow 3” kompleksi Azərbaycan HHM sisteminə inteqrasiya edilməyib, ondan istifadə olunmur, hətta bu ilin sonuna qədər belə bir kompleksin əldə edilməsi də gözlənilmir, onun idxalı satınalınma planına da daxil deyil. Əlavə olaraq kompleksin komponentləri barədə yazılanlar da doğru deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO