Zaqatalada toy aparan tamada koronavirus xəstəsi imiş - FOTO

Zaqatalada toy aparan tamada koronavirus xəstəsi imiş - FOTO

Hazırda oxunan: Zaqatalada toy aparan tamada koronavirus xəstəsi imiş - FOTO

39714

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi SAXLANILDI 


Rayonun Yuxarı Tala kənd sakini Elgün Abdurzayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb olunub.

Ona sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Buna baxmayaraq həmin şəxsin yaşadığı ünvanı tərk etdiyi və restoranların birində keçirilən toy məclisinə masabəyi qismində iştirak etmək məqsədilə gəldiyi müəyyən olunub.
 

Polis əməkdaşları tərəfindən yoxlanılan zaman onun koronavirus xəstəsi olduğu aşkarlanıb və mərasimdə iştirakının qarşısı alınıb.


İnfeksiyanın yayılmasına real şərait yaradan E.Abdurzayevlə izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Hazırda onun barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO