Bu gün şəhid Ömər Mustafayevin doğum günüdür – FOTO 

Bu gün şəhid Ömər Mustafayevin doğum günüdür – FOTO 

Hazırda oxunan: Bu gün şəhid Ömər Mustafayevin doğum günüdür – FOTO 

39702

Bu gün Vətən Müharibəsi şəhidi Ömər Əbdül oğlu Mustafayevin doğum günüdür. 

Bizim.Media xəbər verir ki, doğum günündə onun xatirəsi Qubanın Amsarqışlaq kənd qəbiristanlığındakı məzarı başında ailə üzvləri və hərbçi yoldaşları tərəfindən anılıb. Yaxınları onun qəbrinin önünə gül dəstələri düzərək ruhuna dualar ediblər.  

Qubanın Amsarqışlaq kəndində  yaşayan Mustafayevlər ailəsinin ilk övladı olan Ömər Vətən Müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb.

Səfərbərlik xəttilə Cəbrayıl, Fizuli, Xocavənd uğrunda döyüşlərdə iştirak edən Ömər oktyabrın 21-də şəhidlik zirvəsinə ucalıb. Atası Əbdül Mustafayev belə bir vətənpərvər övlad tərbiyə etdiyi üçün qürurlu olduğunu bildirib. 

Ömər Mustafayev vəfatından sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" döyüş medalları ilə təltif edilib. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO