Biləcəriyə su niyə VERİLMİR? – Rəsmi AÇIQLAMA 

Biləcəriyə su niyə VERİLMİR? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Biləcəriyə su niyə VERİLMİR? – Rəsmi AÇIQLAMA 

39683

Paytaxtın Biləcəri dairəsi istiqamətində içməli suyun təminatında məhdudiyyətlər yaranıb.

Bizim.Media-ya bu barədə şikayətlənən sakinlərin sözlərinə görə Biləcəri dairəsi istiqamətindəki əraziyə verilən su iki həftədir axşam saatlarında dayandırılır.
 

MÖVZU İLƏ BAĞLI:

Yağışlı hava neçə gün davam edəcək? 


Dediklərinə görə uzun müddətdir ki, fasiləsiz su ilə təmin olunsalar da, son vaxtlar içməli suya həsrət qalıblar. Davamlı suya öyrəşən sakinlər isə çoxdan çən və ehtiyyat qabları yığışdırıblar.

Bu da problemə hazırlıqsız yaxalan sakinləri pis vəziyyətə salıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, Ceyranbatan-Biləcəri magistral kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar suyun verilməsində fasilə yaranıb. 

"Bununla bağlı ərazidə təmir işləri aparılıb və problem həll olunub. Artıq Biləcəri sakinləri gündəlik fasiləsiz su ilə təmin olunacaqlar”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO