Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışıb.
Bizim.Media xəbər verir ki, nazir sərəncama əsasən, iki ay ərzində proqramın hazırlanması tapşırılığı verildiyini diqqətə çatdırıb:
“Xaricdə təhsil alan məzun kimi deyə bilərəm ki, bu proqramın icrası bir çox azərbaycanlı gəncin həyatını yaxşı mənada dəyişib. 2 ay ərzində aidiyyəti qurumlarla müzakirələr aparılacaq. Güman edirəm ki, önümüzdəki həftələrdə proqram hazırlanaraq rəhbərliyə göndəriləcək”.
O qeyd edib ki, yeni proqram müxtəlif prioritet sahələr üzrə gənclərin xarici ali təhsil müəssisələrinə göndərilməsi nəzərdə tutulur:
“Hər il bir neçə yüz gəncin təhsilindən danışılır. Yeni proqramda ixtisas sahəsi üzrə yüksək reytinqə sahib olan ixtisasları, proqramları müəyyən edəcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:20 / 01.10.2021
Təhsil almaq üçün xaricə hansı tələbələr göndəriləcək? - Nazir AÇIQLADI
Hazırda oxunan: Təhsil almaq üçün xaricə hansı tələbələr göndəriləcək? - Nazir AÇIQLADI
Hazırda oxunan: Təhsil almaq üçün xaricə hansı tələbələr göndəriləcək? - Nazir AÇIQLADI
39657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.