İstirahət və əyləncə məkanlarının fəaliyyəti bərpa edildi – BU ŞƏRTLƏRLƏ 

İstirahət və əyləncə məkanlarının fəaliyyəti bərpa edildi – BU ŞƏRTLƏRLƏ 

Hazırda oxunan: İstirahət və əyləncə məkanlarının fəaliyyəti bərpa edildi – BU ŞƏRTLƏRLƏ 

39628

İstirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin, uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti oktyabrın 1-dən bərpa edilib. 

Bizim.Media-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar verib. 

Qərarda bildirilir ki, fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər.

Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər. 

Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO