Ceyhun Səfərov “Space TV”-də efirə çıxacaq

Ceyhun Səfərov “Space TV”-də efirə çıxacaq

Hazırda oxunan: Ceyhun Səfərov “Space TV”-də efirə çıxacaq

39580

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Ceyhun Səfərov "Space TV”-da xəbərlər departamentində çalışacaq.

Bizim.Media xəbər verir ki, tanınmış aparıcı və mətbuat katibini artıq "Space TV”-nin efirində xəbər aparıcısı kimi görəcəyik.

Bu yaxınlarda "Azvirt” MMC-də baş direktor müşaviri olan Ceyhun Səfərov məlumatı Oxu.Az-a təsdiq edib:
 

MÖVZU İLƏ BAĞLI:

“Azəriqaz” bayram günü sakinlərin qazını kəsdi


"Bəli, "Space” televiziyası yeni mövsümə çox yeni layihələrlə hazırlaşır. Mənə də iş təklifi gəldi və yaxın keçmişdə televiziyada çalışan biri kimi təklifi qəbul etdim. Bilirsiniz ki, bir müddət əvvəl özəl şirkətdə müşavir kimi işə başlamışam və bu iş televiziya fəaliyyətimə heç bir halda mane olmur. Düşünürəm ki, bir mənada da artıq peşəkarların televiziya məkanına geri dönməsinin vaxtıdır. Dəvət və göstərilən etimada görə "Space TV” rəhbərliyinə təşəkkür edirəm”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO