Rezidentura ilə bağlı DİM-dən AÇIQLAMA

Rezidentura ilə bağlı DİM-dən AÇIQLAMA

Hazırda oxunan: Rezidentura ilə bağlı DİM-dən AÇIQLAMA

39575

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında statistik məlumatı təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Namizədlərdən 543 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb.

İxtisas seçimində düzgün qərar qəbul etmək, öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də, öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Rezidenturaya qəbul üçün ixtisas seçimi BAŞLADI 


​​​​​​​Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi oktyabrın 4 dək aparılacaq.

Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq əsas (baza ali) tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər. DİM-in saytında yerləşdirilən cədvəllərdə istiqamətlər və ballar üzrə histoqram təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO