Şəhid Elməddin Alxasovun doğum günü belə QEYD OLUNDU - FOTO

Şəhid Elməddin Alxasovun doğum günü belə QEYD OLUNDU - FOTO

Hazırda oxunan: Şəhid Elməddin Alxasovun doğum günü belə QEYD OLUNDU - FOTO

39548

Xaçmazın Qarabağ Buduq kəndində Vətən Müharibəsi şəhidi Elməddin Rəsul oğlu Alxasovun doğum günü doğulduğu kənddə adına inşa edilmiş xatirə bulağının açılışı ilə qeyd edilib. 

Bizim.Media xəbər verir ki, əvvəlcə şəhidin məzarı doğmaları, döyüş yoldaşları, rayon icra hakimiyyətinin məsul şəxsləri, kənd sakinləri tərəfindən gül-çiçək dəstələri ilə ziyarət edilib.

Ruhuna dualar oxunub. 

Xatirə bulağının açılışında bu gün 27 yaşı tamam olan  Elməddin Alxasovun müddətdən artıq hərbi qulluqçu kimi döyüşlərdə fəal iştirakından ətraflı danışılıb. 

Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Elməddin Alxasov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb. 
Mərhum Elməddin Alxasov subay idi. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO