Azərbaycanlılar Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi inşa edir

Azərbaycanlılar Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi inşa edir

Hazırda oxunan: Azərbaycanlılar Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi inşa edir

39507

Azərbaycan tərəfi Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi tikir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ermənilərin “Pastinfo” nəşri Gorus şəhər merinin müavini Karen Köçəryana istinadən yayıb.

Onun sözlərinə görə, Gorus-Qafan yolunda polis keçid məntəqəsi quran azərbaycanlılar ətrafda tikintiyə başlayıblar. İlkin məlumatlara görə, burada yanacaqdoldurma məntəqəsi tikirlər. 

"Hansı hədəfə çatdıqlarını dəqiq deyə bilmərəm, amma inşaat etdikləri həqiqətdir. Mövcud strukturları yeniləyir, böyük plakatlar və buna bənzər tikililər hazırlayırlar”, deyə Köçəryan qeyd edib.

“Yanacaqdoldurma məntəqəsi o vaxt mənə məxsus olan ərazidə tikilir. Oğlumun tikdiyi yerdir. Əvvəllər burada yanacaqdoldurma məntəqəsi var idi, indi genişləndirirlər. Nəyə və kimə, bilmirəm? 30 ildir ata-babalarımızın ərazisi olub, ancaq GPS tərəfindən onlara düşüb, yolun düz yanındadır. Eyni zamanda vətəndaşlar Gorus-Qafan yolunda səyahət etmək üçün iki saat gözləyirlər. Milli Təhlükəsizlik Xidməti Şahverdilər kəndindən keçən maşınları dayandırır. Bu isə tıxac yaradır. Bundan sonra rus sərhədçilərinin müşayiəti ilə maşınlar irəli gedir”.

Gorus şəhər merinin müavini əlavə edib ki, İran yük maşınları yenə də yolda yığılıb qalır:

“Azərbaycanlılar Şahverdilərdə polis keçid məntəqəsi qurandan sonra İrandan gələn yük maşınlarının sürücülərini saxlayır, yoxlayır və pul alırlar”.

Erməni bloger Mika Badalyan bununla bağlı özünün Telegram kanalında şərh yazıb:

“Sizcə bu yanacaqdoldurma məntəqəsinin əsas vəzifəsi nədir? Məncə, bu, erməniləri ictimaiyyət qarşısında, daha doğrusu erməniləri yox, Ermənistan pasportu olan alverçiləri utandırmaq üçün edilir, oradan benzin alacaqlar ki, bu da daha ucuz olacaq”.

Onun sözlərinə görə, həmin ərazi bir vaxtlar Gorus şəhər merinin müavini Karen Köçəryana məxsus olub.

Xatırladaq ki, inşasına başlanılan yer Azərbaycanın öz ərazisi daxilindədir. Yəqin merin müavini digər topraqlarımız kimi buranı da özünüküləşdirməyə çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO