Sumqayıtda yeni təmir olunan yol çökdü - VİDEO

Sumqayıtda yeni təmir olunan yol çökdü - VİDEO

Hazırda oxunan: Sumqayıtda yeni təmir olunan yol çökdü - VİDEO

39404

Sumqayıt Dövlət Universitetinin qarşısındakı yol çöküb. 

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Ağa Quliyev küçəsində baş verib. 

Yeni təmirdən çıxan yolda yaranan vəziyyət avtomobillərin hərəkətini çətinləşdirib. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətuat katibi Anar Nəcəfli qeyd edib ki, burada əsas məsuliyyət təmir-tikintini aparan şirkətin üzərinə düşür. 

''Azərsu'' ASC-nin Sumqayıt Sukanal İdarəsindən isə bildirilib ki, sözügedən yol gecə saatlarında çöküb. Tikintini həyata keçirmiş şirkətin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilib və çökmənin hansı səbəbdən baş verdiyi məlum olub. 

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO