Rusiyada dəhşətli yanğın: 5 azərbaycanlı öldü

Rusiyada dəhşətli yanğın: 5 azərbaycanlı öldü

Hazırda oxunan: Rusiyada dəhşətli yanğın: 5 azərbaycanlı öldü

39372

Rusiyanın Krasnoyarsk diyarında baş verən yanğında azərbaycanlı ailə məhv olub.

İyulun 24-də yerli vaxtla saat 01.35-də Suxobuzimsk qəsəbəsinin yaxınlığındakı tikilidə yanğın baş verib.

Yanğın nəticəsində ailənin başçısı üç oğlu və bir qızı ilə birlikdə yanaraq ölüb.

Evin daha bir oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır.

Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov bildirlib ki, yanğın zamanı ölənlərin hamısı azərbaycanlıdır.

Yanğın nəticəsində ailənin başçısı, əslən Tovuz rayonundan olan 37 yaşlı kişi, onun 3, 6 və 10 yaşında üç oğlu, 1 yaşında qızı yanaraq ölüb, 14 yaşında oğlu isə xəstəxanaya yerləşdirilib.

Yanğın baş verən vaxt ana evdə olmayıb.

Hadisənin səbəbləri, ölənlərin və xəsarət alanın kimliyi müəyyənləşdirilir. (apa)

 

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO