Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində hərbi kadr işləri üzrə işçi görüşü keçirilib.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov qonaqlara Azərbaycan Ordusunda aparılan islahatlar, peşəkar kadr potensialının hazırlanması barədə ətraflı məlumat verib.
Görüşdə hər iki ölkənin hərbi kadr işləri üzrə heyəti arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə hərbi xidmətkeçmə və hərbi kadrların uçotu sahəsində ətraflı müzakirələr edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:53 / 29.09.2021
Azərbaycan və Belarus hərbi heyətləri GÖRÜŞDÜ - FOTO
Hazırda oxunan: Azərbaycan və Belarus hərbi heyətləri GÖRÜŞDÜ - FOTO
Hazırda oxunan: Azərbaycan və Belarus hərbi heyətləri GÖRÜŞDÜ - FOTO
39325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.