Bakı-Sumqayıt yolunda uzun tıxac, hərəkət MƏHDUDLAŞDIRILDI - FOTO

Bakı-Sumqayıt yolunda uzun tıxac, hərəkət MƏHDUDLAŞDIRILDI - FOTO

Hazırda oxunan: Bakı-Sumqayıt yolunda uzun tıxac, hərəkət MƏHDUDLAŞDIRILDI - FOTO

39258

Bakı-Sumqayıt yolunda səhər saatlarından etibarən uzun tıxac yaranıb.

Bizim.Media-nın məlumatına görə, tıxac Saray postu istiqamətindən başlayır. Avtomobillərin sıxlığından Saray postundan Bakı istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Dövlət Yol Polisi əməkdaşları Avtomobilləri Bakı istiqamətinə hissə-hissə buraxmaqla yollarda hərəkəti nizamlamağa çalışır.

Yolda yaranan tıxac 20 Yanvar metrostansiyasının yaxınlığına qədər davam edir.

Qeyd edək ki, bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO