V-XI siniflərdə və ali məktəblərdə dərslər başladı

V-XI siniflərdə və ali məktəblərdə dərslər başladı

Hazırda oxunan: V-XI siniflərdə və ali məktəblərdə dərslər başladı

39249

Bu gündən Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa edilir. 

Bizim.Media xəbər verir ki, sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin I-IV sinifləri ənənəvi tədrisə başlayb.

Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblər üzrə 471 661 şagird təhsil alacaq. 

Hazırda respublikada 4435 məktəb fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO