Ermənilər ən çox itkini hansı istiqamətdə verib? – General açıqladı 

Ermənilər ən çox itkini hansı istiqamətdə verib? – General açıqladı 

Hazırda oxunan: Ermənilər ən çox itkini hansı istiqamətdə verib? – General açıqladı 

0:00
0:00
39093

“Düşmən arxayın idi ki, yüksək hündürlüklər onlardadır və Azərbaycan Ordusu qalib gələ bilməyəcək”. 

Bizim.Media xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov mətbuata verdiyi açıqlamasında deyib. 

“Ali Baş Komandan ölkəmizin iqtisadiyyatını gücləndirdi, orduda islahatlar apardı, Ordumuzu ən müasir silahlarla təmin etdi və zamanı gələndə “İrəli” komandası verdi.

Düşmən müharibə zamanı ballistik silahlardan tutmuş digər vasitələrlə bizə zərbələr endirdi. 

Onlar hətta düşünürdü ki, 2016-cı ilin aprelində Azərbaycanın işğaldan azad etdiyi əraziləri də geri ala biləcəklər. Amma ordumuz sədləri yardı, yüksəklikləri ələ keçirdi və qələbəni qazandı. Bizim təqvimizdə artıq Zəfər Günü var", - deyə Bəkir Orucov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO