“Malakan bağı” niyə sökülür?

“Malakan bağı” niyə sökülür?

Hazırda oxunan: “Malakan bağı” niyə sökülür?

3897

El arasında “Malakan bağı” kimi tanınan “Xəqani” parkında söküntü işlərinə Səbail Rayon İcra Hakimiyyətindən aydınlıq gətirilib.

“Valideynlər qoy, narahat olmasın, biz uşaqar üçün olan hissəni yenidən daha səmərəli şəkildə bərpa edəcəyik”.

Bunu Bizim.Media-ya açıqlamasında Səbail Rayon İcra Hakimiyyətinin müavini Vüqar Şıxməmmədov deyib:

“Xəqani bağındakı uşaq parkının istismarı başa çatdığı üçün sökülüb. Bu, bütövlükdə bağın sökülməsi anlamına gəlməməlidir. Söküntü- təmir  işlərinə  2-3 gündür ki, start verilib. Uşaqlar üçün nəzərdə tutulan park yaxın günlərdə yeni əyləncə  meydançası ilə əvəz olunacaq”.

Vüqar Şıxməmmədov onu da əlavə edib ki, parkın təmir olunması ilə yanaşı  əraziyə yeni attraksionlar da quraşdırılacaq.

Həmçinin, yeni təmir olunan park bağın Rəsul Rza və Xəqani küçələrinin kəsişməsində yerləşən hissəsində daha geniş şəkildə salınacaq. 

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO