Şəhidlər xiyabanına axın başladı – FOTO/VİDEO

Şəhidlər xiyabanına axın başladı – FOTO/VİDEO

Hazırda oxunan: Şəhidlər xiyabanına axın başladı – FOTO/VİDEO

38877

27 sentyabr Azərbaycanda Qarabağın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin Anım Günüdür.

Bu gün bir çox şəhid yaxınları onları anmaq üçün Şəhidlər Xiyabanına gəliblər. Kimi qardaşının, kimi oğlunun, kimi isə şəhid həyat yoldaşının fotolarını bağrına basıb şəhidlərin uyuduqları müqəddəs xiyabana üz tutublar.

Müharibə qaziləri Bizim.Media-nın kameralarına isə hər zaman canlarını vətən üçün fəda etməyə hazır olduqlarını deyiblər.

Birinci qəhrəmanımızın dediyi kimi özü və qardaşı Zamanov Ceyhun Qarabağ müharibəsi iştirakçısı olublar. İndi o, şəhid qardaşını Şəhidlər Xiyabanında anır.

Qazi Yaqubov Rauf isə deyir ki, bu döyüşlərdə iştirak etdiyi və torpaqların azadlığı uğrunda mübarizə apardığı üçün böyük qürur hissi keçirir.

Sözügedən videogörüntüləri diqqətinizə çatdırırıq.

Anar Rəhimov, Bizim.Media

 

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO