FHN: “Binə” ticarət mərkəzində 45 mağaza yanıb

FHN: “Binə” ticarət mərkəzində 45 mağaza yanıb

Hazırda oxunan: FHN: “Binə” ticarət mərkəzində 45 mağaza yanıb

38853
Fövqəladə Hallar Nazirliyi (FHN) “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı növbəti dəfə məlumat yayıb.

Moderator.az-ın  nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda deyilir ki, Bakı şəhəri, Qaradağ rayonu “Binə” ticarət mərkəzində yanğın hadisəsi baş verib.
 
Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən və xilasediciləri cəlb olunub.
 
Ticarət Mərkəzinin 4-cü və 5-ci sıralarında hər birinin sahəsi 40 kv. m olan 45 ədəd  müxtəlif geyim və paltar satışı mağazalarının plastik materiallardan ibarət arakəsmələri, dam örtükləri və içərisindəki mallar 1800 kv.m sahədə yanıb.
 
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.
 
Nazirliyin xilasetmə qüvvələri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO