Bakıdan Füzuliyə ilk kommersiya təyinatlı sınaq uçuşu oldu - VİDEO

Bakıdan Füzuliyə ilk kommersiya təyinatlı sınaq uçuşu oldu - VİDEO

Hazırda oxunan: Bakıdan Füzuliyə ilk kommersiya təyinatlı sınaq uçuşu oldu - VİDEO

0:00
0:00
38850

Sentyabrın 27-də Azərbaycana səfər edən dünya şöhrətli səyyahların iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanına kommersiya təyinatlı sınaq uçuşu olub.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin Bizim.Media-ya verdiyi informasiyaya görə, sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.

Səfərdə 11 ölkədən – ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan olan dünya miqyaslı 30-dan çox səyyah iştirak edir. Səyyahlar hava limanında görülən yenidənqurma işləri ilə tanış olacaq.

Dünya miqyaslı beynəlxalq səyahətçilər Füzulidən Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək, Ermənistanın törətdiyi daha bir urbisidi, vandalizm və vəhşiliyi öz gözləri ilə görəcəklər, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olacaqlar.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO