Zəngəzura aparan yol yenidən qurulur - RƏSMİ 

Zəngəzura aparan yol yenidən qurulur - RƏSMİ 

Hazırda oxunan: Zəngəzura aparan yol yenidən qurulur - RƏSMİ 

3884

Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan sərhədi yolunun Horadiz-Mincivan-Ermənistanla sərhəd hissəsində layihələndirilmə işləri aparılır. Layihənin icrası təsdiq olunduqdan sonra yolun tikintisinə başlanılacaq.

Bunu Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

A.Nəcəfli əlavə edir ki, bu yol ümumilikdə Hacıqabul-Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yolu adlanacaq. Hacıqabuldan Horadiz istiqamətində ikinci dərəcəli yol yenidən qurulub və normal vəziyyətdədir:

“Horadizdən Ermənistan sərhədinə qədər avtomobil yolu isə torpaqlarımız işğal altında olarkən dağıdılıb və bərbad vəziyyətə salınıb. Ərazidə yeni yolun tikintisinə ehtiyac olduğu üçün  artıq layihələndirilmə işlərinə başlanılıb”- deyə əlavə edir.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO