Bəzi yerlərdə güclü leysan olacaq, dolu düşəcək - PROQNOZ   

Bəzi yerlərdə güclü leysan olacaq, dolu düşəcək - PROQNOZ   

Hazırda oxunan: Bəzi yerlərdə güclü leysan olacaq, dolu düşəcək - PROQNOZ   

38721

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bəzi yerlərdə güclü leysan olacağı, dolu düşəcəyi ehtimalı var. Prosesin gecə saat 02.00-dan başlanması və ən intensiv dövrün səhər saat 07.00-dək davam edəcəyi gözlənilir. 

Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. 

Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m /s dək güclənəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO