NAZİR:

NAZİR: "Azərbaycanla Türkiyə arasında əməkdaşlıq gücləndiriləcək"

Hazırda oxunan: NAZİR: "Azərbaycanla Türkiyə arasında əməkdaşlıq gücləndiriləcək"

0:00
0:00
38708

"Azərbaycan pavilyonu ilə tanış olduq. Bilirsiniz ki, burada 11 startap layihəsi ilə təmsil olunuruq, azərbaycanlı tələbələrin burada iştirakı qürurvericidir. Sevindirici haldır ki, builki "Teknofest" festivalında təşkil olunan Azərbaycan pavilyonu olduqca populyardır". 

Bizim.Media xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Gənclər və İdman naziri Fərid Qayıbov deyib. 

Fərid Qayıb qeyd edib ki, Türkiyəyə nazir kimi ilk rəsmi səfəri uğurlu olub:

"Burada qardaş ölkənin gənclər və idman naziri ilə görüşlərimiz oldu. Artıq, birgə əməkdaşlığın gücləndirilməsinə dair memorandum imzalamışıq. Sadəcə birgə işçi qrupu yaratmaq barədə danışıqlar aparmışıq və işçi qrup təşkil edilən zaman açıqlama verəcəyik", - nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO