Avtomobil yanıb kül oldu - FOTO - VİDEO

Avtomobil yanıb kül oldu - FOTO - VİDEO

Hazırda oxunan: Avtomobil yanıb kül oldu - FOTO - VİDEO

38693

Göyçay rayonunda minik avtomobili yanıb. 

Bizim.Media xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpüdə qeydə alınıb.

Göyçay sakini Ağayev Fuad Pənah oğlu idarə etdiyi "VAZ 2106" markalı yük avtomobili ilə hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsindəki elektrik naqilində qısa qapanma nəticəsində yanğın baş verib.

Alov qısa vaxtda avtomobilin hər tərəfini əhatə edib. Yanğın zamanı sürücü xəsarət almasa da avtomobil yanaraq yararsız hala düşüb.

Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tamamilə söndürülüb. (apa)

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO