DİQQƏT: Sabahdan Bakının bu küçələrində Anım günü ilə bağlı hərəkət məhdudlaşdırılacaq

DİQQƏT: Sabahdan Bakının bu küçələrində Anım günü ilə bağlı hərəkət məhdudlaşdırılacaq

Hazırda oxunan: DİQQƏT: Sabahdan Bakının bu küçələrində Anım günü ilə bağlı hərəkət məhdudlaşdırılacaq

0:00
0:00
38691

27 sentyabr Anım günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə sentyabrın 26-ı və 27-i bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Bizim.Media xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. 

Bildirilib ki, 27 sentyabr Anım Günü münasibətilə paytaxt ərazisində keçiriləcək tədbir saat 09-dan 13:00-a qədər nəzərdə tutulub:

“Tədbir “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla nəzərdə tutulub. Hərəkət iştirakçılarından xahiş edirik ki, qeyd olunan istiqamətlərdə, paralel və bitişik küçələrdə hərəkət bütün növ nəqliyyat vasitələri üçün məhdudlaşdırılacaq. Vətəndaşlardan şəxsi minik vasitələrindən etməməyə xahiş edirik”.

DYP həmçinin qeyd edib ki, adıçəkilən küçələrdə keçiriləcək tədbirlərlə əlaqədar sentyabrın 26-da səhər 07:30-dan 10:00-dək, sentyabrın 27-də isə 06:30-dan 14:00-dək yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO