Bakıda usta təmir etdiyi evdən böyük məbləğdə pul oğurlayıb - VİDEO 

Bakıda usta təmir etdiyi evdən böyük məbləğdə pul oğurlayıb - VİDEO 

Hazırda oxunan: Bakıda usta təmir etdiyi evdən böyük məbləğdə pul oğurlayıb - VİDEO 

0:00
0:00
38653

Nərimanov rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, naməlum şəxs evə daxil olaraq oradan ümumi dəyəri 24 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb. 

Zərərçəkən ev sahibi bu barədə polisə müraciət edəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ruslan Əzimov saxlanılıb. 

O, ifadəsində etdiyi cinayəti etiraf edib. Həmin şəxsdən oğurladığı qızıl-zinət əşyalarının bir hissəsi aşkar edilərək maddi sübut kimi götürülüb. 

Qeyd edək ki, Ruslan Əzimov oğurluq etdiyi evdə bir müddət əvvəl usta kimi işləyib. Bu səbəbdən mənzilə daxil olmağın yolları barədə onda məlumat olub. 

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı isə rayon ərazisində müxtəlif vaxtlarda bir kafedən 700 manat dəyərində televizor, eləcə də yeni tikilməkdə olan binaların birindən 1000 manat dəyərində təmir-tikinti alətləri oğurlayan Ümid Bayramov və Füzuli Hüseynov saxlanılıblar. 

Hər iki şəxs ifadələrində etdikləri oğurluqları etiraf ediblər. 

Qeyd edilən oğurluq hadisələri ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb araşdırmalar davam etdirilir. 

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO