Xınalığa qar yağdı, elektrik enerjisi kəsildi - FOTO 

Xınalığa qar yağdı, elektrik enerjisi kəsildi - FOTO 

Hazırda oxunan: Xınalığa qar yağdı, elektrik enerjisi kəsildi - FOTO 

38626

Qubanın Xınalıq kəndi yaxınlığına ilk qar yağıb. 

Yerli sakinlərin Bizim.Media-ya bildirdiklərinə görə, kəndə gecə saatlarında fasilələrlə güclü leysan yağıb, yaxınlıqdakı dağlara isə qar düşüb. 

Havaların qeyri-sabit keçməsi elektrik enerjisinin verilməsinə də təsir edib. Gecə saatlarından Xınalıqda işıq yoxdur. Buna küləklə müşayiət olunan yağışın yağması səbəb olub.  

Hazırda "Azərişıq" ASC-nin rayon şöbəsinin qəza briqadası fəsadların aradan qaldırılması ilə məşğuldur. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO