Bu xəstəxanaya yeni baş həkim TƏYİN EDİLDİ - FOTO

Bu xəstəxanaya yeni baş həkim TƏYİN EDİLDİ - FOTO

Hazırda oxunan: Bu xəstəxanaya yeni baş həkim TƏYİN EDİLDİ - FOTO

38623

Tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya baş həkim təyin edilib. 

Bizim.Media xəbər verir ki, ixtisasca ümumi cərrah olan İlkin İsmayılov bundan əvvəl də Gəncə şəhərindəki özəl klinikalardan birində uzun müddət baş həkim işləyib. 

Qeyd edək ki, o, 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.

İlkin İsmayılov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında, 2009-2016-cı illərdə isə Qazi Universitetinin Ümumi Cərrahiyyə kafedrasında fəaliyyət göstərib (oxu.az). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO