Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - VİDEO 

Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - VİDEO 

Hazırda oxunan: Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - VİDEO 

38620

Sosial şəbəkələrdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb.  

Bizim.Media xəbər verir ki, məlumatda polislərin məktəbli övladlarının gözü qarşısında vətəndaşı saxlayarkən onu döydüyü iddia olunub. 

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin zaman polislər vətəndaşı döyməyiblər: 

“Polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır”. 

E.Hacıyev əlavə edib ki, videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil: 

"Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO